Modern.az

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Bu günədək 126 min tondan çox pambıq yığılıb

16 Oktyabr 2018, 17:03

Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min 34 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Modern.az-a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 953 ton çox pambıq tədarük olunub.

Ən çox pambıq yığan üç rayon bunlardır: Saatlı - 17 min 221 ton, Ağcabədi - 13 min 493 ton, Bərdə - 13 min 112 ton.

Bu il 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?