Modern.az

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

Aktual

16 Oktyabr 2018, 21:41

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat”-ın tələblərinə uyğun olaraq bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul prosesi həyata keçirilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin rəisi – professor, polkovnik Elşən Həşimov  məruzə ilə çıxış edərək bildirib ki, təlimata uyğun olaraq yaradılan qəbul komissiyası Andyunkturaya sənəd vermiş namizədlərin sənədlərini müvafiq qaydada yoxlayıb və qəbul edib. 2018-ci ilin iyun ayında keçirilmiş ilkin seçim və söhbətləşmədə komissiya üzvləri və elmi rəhbərlər iştirak edib. İlkin seçim mərhələsinin nəticələri Hərbi Akademiyanın Elmi şurasına təqdim edilib. İmtahanlara hazırlıq məqsədilə Hərbi Akademiyada namizədlərlə dərslər və məsləhət saatları təşkil edilib və keçirilib.

İmtahan komissiyasının  rəhbəri, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev  imtahan komissiyası yanında yardımçı komissiyanın üzvləri ilə görüşərək imtahanların yüksək səviyyədə keçirilməsi, obyektivliyin və şəffaflığın təmin olunması barədə konkret tapşırıqlar verib.

Nazir müavini həmçinin adyunkturaya qəbul olmaq arzusunda olan namizədlərlə də görüşərək onlara imtahanda uğurlar arzulayıb, yaradılan elmi mühitdən yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, namizədlərin ixtisas hazırlığı, xarici dil və fəlsəfədən verəcəkləri imtahanlardan sonra ümumi nəticələrə əsasən adyunkturaya qəbul olanların adları məlum olacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu