Modern.az

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

16 Oktyabr 2018, 23:08

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirib.  Modern.az "Report"a istinadən xəbər verir ki, 5-ci qrupun görüşündə rəqib Norveç yığması olub.

 

Drammen şəhərindəki "Maryenlist" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bolqarıstanlı referi Volen Çinkov 9-cu dəqiqədə meydan sahiblərinin qapısına penalti təyin edib. Fəhmin Muradbəyli bu şansdan yararlanmağı bacarıb. Lakin qələbə hesabını qorumaq mümkün olmayıb. 76-cı dəqiqədə Leo Ostiqard bərabərlik qolunu vurub.

 

Beləliklə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma qrupu 10 oyundan 3 xalla sonuncu pillədə başa vurub. Xallarını 15-ə çatdıran Norveç isə qrupu ikinci yerdə tamamlayıb və "play-off"a vəsiqə şanslarını qoruyub.

 

Qrupun digər oyunlarında İsrail Kosovoya 3:0, Almaniya İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib.

 

Ötən ay Bakıda keçirilmiş görüşdə Azərbaycan Norveçə uduzmuşdu - 1:3.

 

Avropa çempionatı

Seçmə mərhələ, 5-ci qrup

 

16 oktyabr

20:15. Norveç - Azərbaycan - 1:1

 

Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9 (p)

 

Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

 

Drammen. "Maryenlist” stadionu.

 

Xal durumu: Almaniya - 25, Norveç - 15, İrlandiya - 14, İsrail - 14, Kosovo - 12, Azərbaycan - 3 xal.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır