Modern.az

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO  

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO   

17 Oktyabr 2018, 10:31

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 2018-ci ildə qəbul olmuş Prezident təqaüdçüləri ilə görüş keçirib. Ölkədə bu il I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfərin hər biri ilə yaxından tanış olan rektor tələbələri BANM-a daxil olmaqları münasibətilə ürəkdən təbrik edib.

Rektor qeyd edib ki, 17 yaşında Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanına düşmək hər bir gənc üçün böyük uğur və fəxrdir. “Bu adı layiqincə daşımaq sizin öz əllərinizdədir. BANM olaraq biz sizin hərtərəfli yetişməyinizdə maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik.” – deyə Elmar Qasımov bildirib.

Ali Məktəbin 2018-ci il Prezident təqaüdçülərinin 13-ü “İnformasiya təhlükəsizliyi”, digər 13-ü isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alacaqlar.

Prezident təqaüdünə layiq görülən 26 nəfərin 13-ü 700 bal, qalan 13-ü isə 695 bal toplayıb.  Prezident təqaüdçülərinin 6-sı qız, 20-si isə oğlandır.

Qeyd edək ki, BANM bu il ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir