Arxiv
18 Oktyabr 2018, 09:46 | PARLAMENT
“Bəzi deputatlar Azərbaycanın müstəqilliyinə səs vermədilər” - “İstiqlalçı deputat”

“Azərbaycan ilk dəfə müstəqilliyini 1918-ci ilin mayın 28-də elan edib.  Amma bu müstəqilliyin ömrü çox da uzun çəkməyib. Azərbaycan cəmi 23 ay müstəqil dövlət kimi fəaliyyət göstərib. Nəhayət 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı.  Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci ildə martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirilmişdi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin “İstiqlalçı deputat”ı Vahid Əhmədov deyib.

 

O, bildirib ki, o zamanki ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub.

 

“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı”.

 

Deputat xatırlayır ki, müstəqil Azərbaycan elan olunadan sonra ən ciddi problem müstəqilliyimizi  beynəlxalq arenada tanıtmaq ilə əlaqədar idi:

“Biz qorxurduq ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ola bilsin bu müstəqilliyi xarici dövlətlər tanımasın. İlk olaraq bizi Türkiyə tanıdı. Daha sonra isə Pakistan, Rumıniya Azərbaycanı tanıdı. Bu hissələri ifadə etmək mənim üçün çətindir. Bu tamam fərqli bir hissdir. Yadıma gəlir o vaxt Prezident yanında Təhlükəsizlik Şurasının üzvü olan Etibar Məmmədovun rəhbərliyi ilə mən, Fərrux Zeynalov, Tofiq Bağırov və digərləri xarici işlər nazirinin müavini ilə birgə müstəqiliyimizin tanınması üçün Pakistana getdik. Biz Türkiyə vasitəsilə Pakistana çatdıq. Qeyd edim ki, bütün xərci Türkiyə çəkmişdi. Pakistanın o zamankı baş naziri Nəvaz Şərif Azərbaycan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdi və rəsmi olaraq Azərbaycanın dövlət müstəqilliyinin tanıdıqlarını elan etdilər. Qrupumuz hədsiz sevinc içində idi. Sevincimizdən yerə-göyə sığmırdıq”.

 

V.Əhmədov deyib ki,  Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir.

 

“Müstəqillik elan etdikdən sonra ölkəmiz üçün ən vacib məsələ bu müstəqilliyin qorunub saxlanmasıdır. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman  yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Hesab edirəm ki, bu problemin də həlli yalnız gücdən keçir”.

 

 
Deputat qeyd edib ki, Müstəqillik Aktına imza atan, SSRİ-nin saxlanmasının əleyhinə səs verən şəxslər hələ ki, öz haqlarını almayıblar.

 

“Hesab edirəm ki, həmin şəxslərə xüsusi təqaüdlər təyin olunmalıdır. Daim dövlətin diqqət mərkəzində olmalıdırlar. Çox istərdim ki onlara layiq olduqları qiymət verilsin. Bu, həm dövlət, həm də cəmiyyət tərəfindən verilməlidir. Bilrisiniz, bu adamlar həyatlarını tam təhlükə altına ataraq SSRİ-yə qarşı çıxmışdılar. Mənə elə gəlir ki, bu məsələ ilə bağlı ciddi addım atmaq lazımdır”.

 

 

Deputat Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25