Arxiv
18 Oktyabr 2018, 16:15 | AKTUAL
Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalandı

Bakıda Azərbaycan və Türkmənistan XİN-ləri arasında siyasi məsləhətləşmələr baş tutub.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan tərəfindən isə Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov rəhbərlik ediblər.

 

Həmsöhbətlər iki qonşu ölkə arasında ənənəvi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan-Türmənistan münasibətlərinin inkişafı prioritetlərinin Dövlət başçıları tərəfindən müəyyən edildiyini vurğulayıblar.

Bu xüsusda, R.Meredov ölkəmizə etdiyi səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini minnətdarlıq hissi ilə vurğulayıb.

 

M.Məmmədyarov məsləhətləşmələrin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, onların ikitərəfli münasibətlərin geniş gündəliyi üzrə müxtəlif məsələlər ətrafında müvqelərin əlaqələndirilməsi üçün gözəl imkan yaratdığını qeyd edib.

 

Məsləhətləşmələr çərçivəsində tərəflər siyasi-diplomatik, o cümlədən ən yüksək səviyyədə səfərlər mübadiləsinin davam etdirilməsi, beynəlxalq və regional əməkdaşlıq barədə ətraflı müzakirəələr aparılıb. Aktau zirvə toplantısında imzalanmış Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyanın tarixi əhəmiyyəti bir daha önə çəkib.

 

İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıqda müşahidə edilən müsbət dinamika qeyd edilərək, onun keyfiyyət baxımından yeni, daha yüksək səviyyəyə qaldırılması məqsədilə, ayrı-ayrı dövlət qurumları və işgüzar dairələri tərəfindən yerinə yetirilməli işlərin əlaqələndirilməsi perspektivləri müzakirə edilib. Logistika, sənaye və mədəni-humanitar sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli əməkdaşlıq fürsətlərinin olduğu vurğulanıb.

 

Görüş əsnasında R.Meredov beynəlxalq təşkilatlarda, ilk növbədə BMT sisteminə daxil olan qurumlarda Türkmənistanın təşəbbüslərinin nəinki sadəcə dəstəklənməsi, bir çox hallarda onlara həmmüəlif olaraq qoşulmasına görə Azərbaycan tərəfinə dərin təşəkkür bildirib.

 

Nazir E.Məmmədyarov öz tərəfindən beynəlxalq təşkilatlarda müxtəlif məsələlər üzrə, ən başlıcası isə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə edib.

 

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərməsi, ölkələr arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, o cümlədən qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

Məsləhətləşmələrin yekunlarına dair nazirlər səviyyəsində Azərbaycan və Türkmənistanın XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda həkim-xəstə münasibətlərində problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53