Modern.az

Bakının iki böyük yolunda hərəkət tam dayandırılacaq

Bakının iki böyük yolunda hərəkət tam dayandırılacaq

Təhsil

21 Oktyabr 2011, 21:14

Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, kanalizasiya kollektorunun çəkilişi ilə əlaqədar oktyabrın 21-də saat 22:00-dan Həsən Əliyev və Səməd Vurğun küçələrinin yolayrıcında avtomobillərin hərəkəti oktyabrın 24-dək tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Oktyabrın 22-dən isə Ziya Bünyadov və Əhməd Rəcəbli küçələrinin kəsişməsində körpü tikintisi ilə əlaqədar hər iki istiqamətdə nəqliyyatın hərəkəti bir ay müddətində tam məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir