Modern.az

Meyvezer Həbibi aşağıladı: "Mənim artıqlarımla döyüşürsən"

Meyvezer Həbibi aşağıladı: "Mənim artıqlarımla döyüşürsən"

18 Oktyabr 2018, 21:45

Floyd Meyvezer Həbib Nurməhəmmədova yeni mesajla döyüşə tam hazır olduğunu bildirib. Modern.az xəbər verir ki, döyüşə hazır olduğunu qeyd edən Meyvezer Həbibə müraciət edib.

“Həbib Konoru nakaut edə bilməyəcəyimi deyib. Amma Həbib, sən də demək mənim artıqlarımla döyüşürsən”, – deyə Meyvezer qeyd edib.

 İki döyüşçünün bir-birinə meydan oxumalarına baxmayaraq hələlik planlanmış bir döyüş yoxdur.

Döyüşçülərin 2019-cu ilin ilk aylarında qarşılaşması gözlənilir. Həbibin 5 milyon dollardan aşağı mükafatlı bir döyüşə yaxşı baxmadığı da rus mediasında xüsusilə vurğulanıb.

 

Qeyd edək ki, Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov peşəkar amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb: “İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də buna asanlıqla nail oldum”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir