Badamdar sürüşmə ərazisində aktivlik dinamikası dəyişməz olaraq qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Modern.az-a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb. Sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.