Modern.az

Jurnalisti qətlə yetirən şəxs ölkəsinə təhvil verilib

Jurnalisti qətlə yetirən şəxs ölkəsinə təhvil verilib

18 Oktyabr 2018, 23:56

Almaniya bolqarıstanlı jurnalist, tanınmış televiziya aparıcısı Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirovu bu ölkəyə ekstradisiya edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onu gətirən təyyarə Sofiya aeroportuna enib. Təhlükəsizlik qüvvələri aeroportda gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

 

Ruse şəhərinə gətiriləcək S.Krasimirov təcavüz və qətldə ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, tədqiqatçı jurnalist Ruse şəhərindəki parkda qətlə yetirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir