Modern.az

İlham Əliyev Türkiyənin rəhbərlərinə başsağlığı verib

İlham Əliyev Türkiyənin rəhbərlərinə başsağlığı verib

Təhsil

23 Oktyabr 2011, 21:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı qardaş ölkənin Prezidenti Abdulla Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğana başsağlığı verib. Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, İlham Əliyev Türkiyənin rəhbərlərinə dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə sarsıldığını, bunu dərin kədər hissi ilə qarşıladığını qeyd edib.

”Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş Türk xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram-deyə Azərbaycan Prezidenti bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir