Modern.az

Deputat Novruz Aslanov sorğuda qalib gəldi

Deputat Novruz Aslanov sorğuda qalib gəldi

Təhsil

24 Oktyabr 2011, 08:21

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı yeni sorğu keçirir. Bir neçə həftə davam edəcək sorğu müddətində hər dəfə 15 deputatın adını təqdim edib oxucularımızı onların bir illik fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Ötən həftə adını əlifba sırası ilə təqdim etdiyimiz 15 millət vəkili ilə bağlı “Hansı deputatın işi sizi qane edir” sorğusu yekunlaşıb. Oxucular sorğuda çox aktiv iştirak ediblər. Bir həftə ərzində sorğumuzda 2500 səs verilib.

Sorğumuz nəticəsində 86 saylı İsmayılı seçki dairəsinin deputatı Novruz Aslanov fəaliyyəti ən yaşı qiymətləndirilən millət vəkili olub. O, saytımızda səs verən respondentlərin 34 faiz səsini qazanaraq 1-ci yerə çıxıb.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili Ail Abbas 27 fazi səslə ikinci, 35 saylı Xətai üçüncü seçki dairəsinin deputatı İqbal Ağazadə 9 fazi səslə üçüncü olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI