Modern.az

Azərbaycanlı deputat Bolqarıstanda prezident seçkilərini izləyib

Azərbaycanlı deputat Bolqarıstanda prezident seçkilərini izləyib

24 Oktyabr 2011, 09:43

Oktyabrın 23-də Bolqarıstanda prezident, vitse-prezident və bələdiyyə seçkiləri keçirilib. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın da daxil olduğu AŞPA–nın seçkiləri müşahidə missiyasının üzvləri Bolqarıstanın müxtəlif bölgələrində seçkiliər prosesini izləyiblər. Onlar demokratik seçki qaydalarına necə riayət edilməsinə, ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların  hüquqlarının təmin olunması və. s məsələri müşahidə ediblər. Millət vəkili Qənirə Paşayeva seçkilər prosesini paytaxt Sofiyanın seçki məntəqələrində izləyib.
AŞPA-nın Bolqarıstanda seçkiləri müşahidə missiyasının üzvləri bu gün seçkilərlə bağlı ilkin açıqlama ilə çıxış edəcəklər.
Artıq  4 gündür ki,  bu ölkədə olan AŞPA-nın seçkiləri müşahidə missiyasının üzvləri bu günə qədər ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının,  həmçinin bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə,  Bolqarıstan MSK-nın sədri və Ali İnzibati Məhkəməsinin Baş katibi ilə görüşlər keçiriblər. Onlar prezidentliyə namizədlər və onların nümayəndələri, media mənsubları, QHT təmsilçiləri ilə də görüşəcək, seçkilərlə bağlı fikir mübadiləsi aparıblar.  Qeyd edək ki, Bolqarıstanda prezidentlik uğrunda 21 nəfər mübarizə aparıb.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir