Modern.az

20 ölkənin incəsənət ustaları Bakıya toplaşacaq

20 ölkənin incəsənət ustaları Bakıya toplaşacaq

Mədəni̇yyət

8 Dekabr 2009, 20:23

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dekabrın 11-dən 18-dək Bakı şəhərində «Alüminium» IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etməkdir. Tədbir eyni zamanda Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliği məqsədi güdür. Biennale artıq dördüncü dəfə təşkil olunur. Bu il  təşkil olunacaq silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edəcək. Bir həftə ərzində Bakı şəhərində demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq. Biennalenin konsepsiyası: Qədim zamanlardan müxtəlif sivilizasiyalar bir neçə seçilmiş müqəddəslər tərəfindən kəşf olunmuş gizli biliklərə sahib idilər. Onların vəzifəsi gizli mətləbləri gələcək nəsillərə ötürməkdən ibarət idi. Kahinlər, rahiblər, astroloqlar və gələcəyi görənlər bütün bəşəriyyət üçün həyati vacib informasiyaların sirrini qədimi yazılarında şifrələmişlər ki, uzaq gələcəkdə kimsə, nə vaxtsa, lazımi zamanda bu mətnləri oxusun və aydın başa düşsün. Biz dönüş zamanında yaşayırıq. Getdikcə gizli biliklər insanlığa daha çox məlum olur. Alimlər - yazıçılar, astroloqlar, filosoflar, geofiziklər müxtəlif mənbələrə istinad edir, müxtəlif arqumentlər gətirərək bizim şüurumuzu təkidlə 2012-ci il tarixinə fiksasiya edir. Bu nədir? Sonluğun başlanğıcı? Yeni eranın başlanğıcı? Apokalipsis və ya ümumi harmoniya? Bu gün texniki tərəqqi sanki heç bir sərhəd tanımır. Ən yeni texnologiyalar ən sınanmış mütəxəssisləri belə heyrətləndirir. Bəli bizim dünyamız əsaslı şəkildə dəyişilir, bəs biz özümüz necə? Biz üçüncü minilliyin insanları necəyik? Daha çox sentimental olmağa başlayan itaətkar robotlarıqmı? Başqalarının tərtib etdiyi alqoritmlərlə yaşayan hissiyyatsız zombilərikmi? Yoxsa hələ ki yalnız öldürməyə deyil, həm də sevməyə, təkcə can almağa deyil, eyni zamanda onu bəxş etməyə, dağıtmağa deyil, həmçinin yaratmağa qadir canlı varlıqlarıq...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi