Modern.az

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ  

Prezident Tanrıverdi Mustafayevi TƏLTİF ETDİ   

19 Oktyabr 2018, 22:28

Prezident İlham Əliyev bu gün Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsi təltif edib.

Modern.az-ın məlumatına görə, ölkə başçısının “Tərəqqi” medalı ilə təltif etdiyi energetika işçiləri sırasında “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də var.

Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın Gölkənd kəndində kolxozçu ailəsində anadan olub.

1969-1979-ci illərdə orta məktəbdə təhsil alıb. Sonra Azərbaycan Politexnik İnstitutunun Avtomatika və Hesablama Texnikasıf akültəsinin Sənaye elektronikası ixtisasına qəbul olunub.

1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb.

1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib.

1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub.

1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb.

Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb.

Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.

1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub.

2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib.

2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib: “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Daha sonra "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri postunu tutub. Hazırda “Azərişıq” ASC-nin mətbuat katibidir.


A.Qorxmaz


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub