Modern.az

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb

Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb

19 Oktyabr 2018, 23:58

Yunanıstanda bir il ərzində Qərbi Nil virusundan ölənlərin sayı 41 nəfərə çatıb. Modern.az xəbər verir ki, bu xəstəliyə yoluxanların sayı isə 306 nəfərə çatıb.

 

Yunanıstanın Xəstəliklərə Milli Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, hazırda 13 nəfər xəstəxanalara yerləşdirilib.

 

Qeyd edək ki, virus ağcaqanadlar vasitəsilə yayılır. Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi