Modern.az

Lerikdə ata iki azyaşlı qızını boğub öldürüb

Lerikdə ata iki azyaşlı qızını boğub öldürüb

Təhsil

24 Oktyabr 2011, 12:17

Lerik rayonunda tükürpədici hadisə baş verib. Ata oz doğma qızlarını - iki azyaşlı uşağı boğub. Bu barədə Lerik rayon prokuroru Salman Səmədov məlumat verib.
Anspress-in xəbərinə görə, hadisə oktyabrın 23-də Lerik rayonunun Kürdəsər kəndində törədilib. İki azyaşlı - 2009-cu il təvəllüdlü Dilbər və 2010-cu il təvəllüdlü Filizi öldürən elə onların doğma ataları olub. 

“35 yaşlı Əmrah Xıdır oğlu Süleymanov oktyabrın 23-də gecə yaxınlıqdakı kənddəki toydan evə sərxoş gəlib. Həyat yoldaşı ilə ailə-məişət zəminində mübahisə edərək, qadını evdən qovub. Daha sonra özü ilə gətirdiyi içkini içib və yatmaq istəyib. Bu vaxt körpələr ağlamağa başlayıb. O da uşaqların səsinə əsəbləşib və balıncla uşaqları boğub”, - deyə Salman Səmədov vurğuladı.

Qeyd edək ki, cinayətkar ata polis tərəfindən artıq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əmrah Süleymanov əvvəlcə cinayətini gizlətməyə çalışıb və polisə yalan ifadə verib. “Yoldaşım yemək bişirmişdi, axşam yedik. Sonra uşaqlara peçenye verdim, yedilər. Yatdıq. Səhər yoldaşım dedi ki, uşaqlar ölüb. Körpələri durub tərpətdim, gördüm uşağın balacası göyərib, ölüb. O birisi də durmur. Gördüm bədəni istidir, amma uşaq durmur, gözlərini yumub”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir