Modern.az

Yaxın 3 gün üç gün əlverişsiz hava şəraiti olacaq

Yaxın 3 gün üç gün əlverişsiz hava şəraiti olacaq

Təhsil

24 Oktyabr 2011, 12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. 

Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi