Modern.az

Pərən-pərən düşən Qəddafilər… 9 oğuldan 4-ü öldürülüb

Pərən-pərən düşən Qəddafilər… 9 oğuldan 4-ü öldürülüb

Reportaj

24 Oktyabr 2011, 12:57


Əlcəzair Müəmər Qəddafinin ailəsinin Fars körfəzi ölkərinin birinə deportasiya edilməsi barədə qərar qəbul edib. Söhbət qətlə yetirilən Liviya liderinin həyat yoldaşı Safiya Farkaş, eləcə də onun qızı Aişə və yeni doğulmuş nəvəsindən gedir. Verilən məlumata görə, Fars körfəzindəki ölkələrdən biri ilə Qəddafi ailəsinə sığınacaq verilməsi barədə razılıq əldə olunub. Adı açıqlanmayan həmin ölkənin ailənin yalnız qadın üzvlərini qəbul edəcəyi bildirilir. Bu razılıq onun oğlanları-Məhəmməd və Hannibala aid deyil.
Qəddafi ailəsi hələki Əlcəzairdə məskunlaşıb.

Qəddafinin qızı Aişə israrka atası və qardaşı Mütəssimin cənazələrinin onlara təslim edilməsini istəyir. Aişə BMT-yə, İslam Əməkdaşlıq Təşkilatına müraciət edib: “Şəhid cənazələri Siirtdəki tayfamıza təslim edilməli. İslami ənənə və qaydalarına uyğun olaraq dəfn edəcəyik".

Aişə Qəddafinin müraciəti cavabsız qalıb.

Liviyanın devrilərək öldürülmüş lideri Müəmmar Qəddafinin oğlu Seyfülslam hələ ki gizlənir. O,  tərəfdarlarına müraciət edərək Liviya ərazisində olduğunu və qiyamçılara qarşı müqaviməti davam etdirəcəyini bildirib.

Oktyabrın 20-də doğulduğu Siirt şəhərində qiyamçılar tərəfindən öldürülən 42 illik diktator Müəmmər Qəddafinin özü kimi oğlanlarının da aqibəti pis sonluqla nəticələnib.  

Müəmmər Qəddafi ikisi götürmə olan 10 övlad atasıdır.  Bunlardan biri qız, 9-u oğlandır. 1986-cı ildə amerikalılar Müəmmər Qəddafinin qərargahını bombardman edəndə diktatorun övladllığa götürdüyü 4 yaşlı Həna Qəddafi həlak olub. Bu ilin mayında Müəmmər Qəddaafinin oğlu Seyfülərəb Qəddafi NATO aviasiyasının bombardmanını nəticəsində ölüb.  Avqust ayında digər oğlu Xamis Qəddafi öldürülüb.
Oktyabrın 20-də isə diktatorla birlikdə onun digər oğlu Mütəssim üsyançılar tərəfindən qətlə yetirilib.

İndi həyatda olmayan Müəmmər Qəddafinin 6 övladı qalıb: birinci arvadından olan böyük oğlu Məhəmməd Qəddafi, ikinci arvadından olan övladları – oğlanları Seyfülislam Qəddafi, Səid Qəddaafi, Hannibal Qəddafi, qızı - Aişə Qəddafi və götürülmə ovladı Milad Qəddafi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?