Modern.az

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO

Məktəblərdə cinsi tərbiyə dərsi tədris olunacaq - VİDEO

Təhsil

22 Oktyabr 2018, 00:38

Üç ildir pilot layihə kimi orta məktəblərdə keçirilən cinsi tərbiyə dərsinin bu ildən ölkə üzrə tam tətbiqinə başlanacaq. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, məqsəd demoqrafik vəziyyəti qorumaq, infeksyon xəstəliklərin qarşısını almaq üçün reproduktiv sağlamlıq haqqında gənclərin biliklərinin artırılmasına nail olmaqdır.

 

Səhiyyə Nazirliynin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin nümayəndəsi Nabil Seyidov hesab edir ki, bu dərsin tədrisinə ciddi ehtiyac var.

 

Nabil Seyidovun sözlərinə görə, reproduktiv sağlamlıq üzrə xüsusi təlimlər gənclərin düzgün, mənəvi və sağlam formalaşmasında əhəmiyyətli rol oynayacaq. Tədris vəsaitini "Biologiya" və "Həyat bilgisi" müəllimləri tədris edəcək. 6-cı sinifdən başlayaraq tədris olunan reproduktiv sağlamlıq haqqında dərsə ümumilikdə 8 saat ayrılıb.

 

Vətəndaşlar da cinsi tərbiyə dərslinin tədrisinin şagirdlərə faydası olacağını düşünürlər.

 

Kitab yoxlanılması və tədrisi üçün Təhsil Nazirliyinə təqdim olunub. Dərsliyin hazırlanmasında nazirliyin məsləhətçiləri, ekspertləri və Səhiyyə Nazirliyinin məsləhətçiləri - pediatr, psixoloq və ginekoloqlar iştirak ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər