Modern.az

Milli Məclisin I vitse-spikeri ad gününü qeyd edir

Milli Məclisin I vitse-spikeri ad gününü qeyd edir

Təhsil

24 Oktyabr 2011, 15:29

Bu gün Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun ad günüdür. Modern.az saytının məlumatına görə, deputatın 48 yaşı tamam olub.

Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq elmləri namizədi, professordur. Bir neçə dərsliyin, dərs vəsaitinin və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda Konstitusiya hüququ kafedrasının professorudur.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Ziyafət Əsgərov birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, indi də dördüncü çağırış Milli Məıclisdə təmsil olunur.


2010-cu il noyabrın 7-də 76 saylı Lənkəran-Astara seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Hazırda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədridir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər