Modern.az

Eynulla Fətullayev atası ilə ABŞ-a mükafat almağa gedir

Eynulla Fətullayev atası ilə ABŞ-a mükafat almağa gedir

Qarabağ

24 Oktyabr 2011, 20:12

“Realnıy Azerbaydjan”  və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev mətbuat azadlığına görə beynəlxalq mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Jurnalistləri Müdafiə Komitəsindən Nyu Yorka dəvət alıb. Alınan dəvətdə bildirilib ki, Eynulla Fətullayev bu mükafata ötən il layiq görülüb, lakin həbsxanada olduğu üçün onu ala bilməyib:
“İndi Sizin öz mükafatınızı almaq imkanınız var. Hər il keçirilən mətbuat azadlığına görə Beynəlxalq Mükafatın 21-ci təqdimatı noyabrın 22-də Nyu Yorkda Uoldorf-Astoriya mehmanxanasında veriləcək təntənəli şam yeməyi zamanı olacaq. Dünyanın müxtəlif ölkələrindən mükafat laureatları KİV-in mətbuat azadlığı uğrunda mübarizədə birliyini nümayiş etdirəcək bu tədbirdə fəxri qonaqlar olacaqlar”,- deyə dəvətnamədə qeyd edilib.

Baş redaktor dəvəti məmnuniyyətlə qəbul edib və səfərə atası ilə birlikdə getmək niyyətindədir. O, deyib ki, ABŞ-dan Andrey Saxarov adına mükafat laureatlarının iştirakı ilə hüquq müdafiəçilərinin Brüsseldə keçiriləcək konfransına yola düşəcək. Müvafiq dəvət Avropa Parlamentinin rəhbəri Yeji Buzekdən daxil olub:
“Nyu Yorkda jurnalist həmkarlarımla və dünya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə medianın inkişafı və jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələləri müzakirə etməyi planlaşdırıram. Brüsseldə məşhur hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti fəallarını və beynəlxalq mətbuat nümayəndələrini Azərbaycanda demokratik ictimaiyyətin qarşılaşdığı problemlər barədə məlumatlandırmağa ümid edirəm”. 

Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır