Modern.az

Azərbaycanlı xilasedicilər zəlzələ bölgəsində 6 nəfəri xilas edib, 10 nəfərin cəsədini tapıblar

Azərbaycanlı xilasedicilər zəlzələ bölgəsində 6 nəfəri xilas edib, 10 nəfərin cəsədini tapıblar

Təhsil

25 Oktyabr 2011, 11:06


Türkiyənin Van şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 6 nəfəri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri sağ çıxarıblar. Modern.az FHN-nin rəsmi internet saytına istinadən xəbər verir ki, gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 cəsəd tapılaraq dağıntılar altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bununla da, 24 oktyabr 2011-ci il tarixindən bu saatlaradək Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində uçqun və dağıntılar altından 6 nəfər xilas edilib, 10 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı