Modern.az

Deputatlara yeni məhdudiyyətlər qoyulur

Deputatlara yeni məhdudiyyətlər qoyulur

23 Oktyabr 2018, 16:08

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur.

Modern.az-ın məlumatına görə, bununla bağlı "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.

Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.

Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı