Arxiv
23 Oktyabr 2018, 23:07 | AKTUAL
Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptmann ilə görüşüb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Almaniya çoxşaxəli əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, Almaniya kansleri Angela Merkelin bu ilin avqust ayında ölkəmizə səfərinin əlaqələrin inkişafında önəmini diqqətə çatdırıb. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-sentyabr ayları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 80% artıb və Azərbaycanın ticarət dövriyyəsində Almaniya 4-cü yerdədir. Ümumilikdə, bu ilin 9 ayında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri 42% artıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib. Bu şirkətlər dövlət əsaslı podrat layihələrində də iştirak edirlər. Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir, hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir. Qarşılıqlı razılaşmaya əsasən, Azərbaycanlı sahibkar və gənc menecerlər Almaniyada ixtisasartırma kursu keçirlər. Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında Peşə Tədris Mərkəzi yaradılır. Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə müxtəlif layihələr üzrə əməkdaşlıq həyata keçirilir. Ölkəmizin Almaniya ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edən nazir Ş.Mustafayev enerji, tranzit, kənd təsərrüfatı, sənaye, elektrotexniki avadanlıqların istehsalı, turizm, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

 

Almaniya Bundestaqının deputatı, İqtisadiyyat və Energetika Komitəsinin üzvü M.Hauptmann Almaniya-Azərbaycan əməkdaşlığını yüksək qiymətləndirib, əlaqələrin ildən-ilə genişləndiyini, Almaniya kansleri Angela Merkelin bu ilin avqustunda Azərbaycana səfərinin əlaqələrin inkişafına əlavə stimul verdiyini qeyd edib. M.Hauptman Azərbaycana bir sıra şirkətlərin təmsilçiləri ilə səfər etdiyini və Azərbaycan şirkətləri ilə görüşlərin keçirildiyini, belə görüşlərin davamlı olacağını qeyd edib. Azərbaycan iqtisadiyyatının inkişafını, Almaniyanın Cənub Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 70%-dən çoxunun Azərbaycanın payına düşdüyünü vurğulayan M.Hauptmann ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bir sıra sahələrdə olduğu kimi, peşə təhsili sahəsində də ölkələrimiz əməkdaşlıq edir və Almaniya bu sahədə də əlaqələrin inkişafında maraqlıdır.

 

Görüşdə iştirak edən Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser bir sıra sahələrdə, o cümlədən peşə təhsili sahəsində Azərbaycan - Almaniya əməkdaşlığına dair fikirlərini bölüşüb.

 

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19 Serbiya Prezidenti Azərbaycan alimləri ilə müzakirə apardı - FOTO 18 İyun 2019, 23:02 “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədi - FOTO 18 İyun 2019, 22:43 Pentaqonun yeni başçısı bəlli oldu 18 İyun 2019, 22:27 Yaponiyadan əhali təxliyə edilir: Səbəb 18 İyun 2019, 22:11 Gəncədə dostları gəncin meyitini xəstəxanaya atıb qaçdı 18 İyun 2019, 21:59 Polis  “WhatsApp” yazışmalarını izləyə biləcək 18 İyun 2019, 21:42 “Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat 18 İyun 2019, 21:24 “Mursinin nəşindən belə qorxurlar” - Ərdoğan 18 İyun 2019, 21:06 Rusiya-Azərbaycan sərhədində yeni yol çəkilir 18 İyun 2019, 20:47 Əbülfəs Qarayev Pakerlə müzakirə apardı 18 İyun 2019, 20:36