Arxiv
25 Oktyabr 2018, 12:05 | HADİSƏ
Heydər Əsədov: “Mən heç yerdə dərs demirəm, Səlim müəllim deyir” - Eks-nazir DANIŞDI

Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov hazırda heç bir işlə məşğul deyil.

Bunu Modern.az-a açıqlamasında eks-nazir özü bildirib.

H.Əsədov yaxın müddət üçün hər hansı planının olmadığını da deyib.

Sabiq nazir universitetdə dərs deməsilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Mən heç yerdə dərs demirəm, Səlim müəllim (eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov-red.) deyir”.


H.Əsədov hazırkı həyatında hər şeyin qaydasında olduğunu və daha geniş danışmaq, başqa suallara cavab vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə  Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il aprelin 21-də və 23-də imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamla kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Ailəlidir, üç övladı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13