Arxiv
26 Oktyabr 2018, 11:18 | HADİSƏ
Vəzifədən azad edilən SABİQ İCRA BAŞÇISI: “Mənim buna ixtiyarım yoxdurmu?”  

Azərbaycanda vəzifəli şəxsin işdən çıxarılmasından dərhal sonra həbs olunması, ölkədən getməsilə bağlı məlumatların kütləvi informasiya vasitələrində tirajlanması trendi yaranıb. Bu sırada sabiqlər sırasına qoşulan şəxslərin mal-mülklərinin siyahısının dərc olunması hallarını da qeyd edə bilərik: “Eks-nazir həbs olunur”, “eks-başçının sonu yaxınlaşdı”, “sabiq başçının villaları üzə çıxdı” və s.

Amma bir müddət sonra nə həbs edilən olur, nə də ölkədən gedən...

Ölkə başçısının 5 oktyabr 2018-ci il sərəncamı ilə Beyləqan rayon İcra Hakimiyyəti başçısı postundan azad edilən Vaqif Abdullayev kimi...

Maraqlıdır ki, əksər kreslo ilə vidalaşanlardan fərqli olaraq, V.Abdullayev mətbuatdan qaçmır. Hətta bu günlərdə “Facebook” sosial şəbəsində profil açaraq, “mən də sizlərdən biriyəm” mesajını verdi. Sabiq başçının  postu ilə vidalaşdıqdan dərhal sonra sosial şəbəkələrdə görünməsi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı və əksəriyyətin qınağına tuş gəldi.

 

“Bu dünyada heç nə əbədi deyil”

 

Ötən günlərdə ad gününü qeyd edən sabiq başçının təəssüratlarını öyrənmək, həm də bu və digər məsələlərə aydınlıq gətirməsi üçün onunla əlaqə saxladıq.

V.Abdullayev əvvəlcə əksəriyyət tərəfindən “özünü reklam edir” deyəcəklər düşüncəsindən dolayı danışmaq istəməsə də, onu yola gətirə bildik. Hazırda Bakıda yaşayan sabiq başçı dünyadakı heç bir şeyin, o cümlədən vəzifənin daimi olmadığını bildirir:

“İstər siz olun, istər biz olaq, nədənsə vəzifə deyəndə hamı nazir, başçı və s. düşünür. Amma nəzərə alaq ki, hamı kimliyindən asılı olmayaraq bir vətəndaşlıq   vəzifəsi daşıyır”.

Sabiq başçı hələlik dincəldiyini diqqətə çatdırdı: “Bundan sonra elmi işlərimlə məşğul olacam”.

Müsahibimizə vəzifədən gedənlərin böyük əksəriyyətinin elmi işlə məşğul olmağa başlaması ənənənəsini xatırlatdıqda və bunun səbəbini soruşduqda, cavabı belə oldu:

“Digərləri özü bilər. Amma mən elmlər doktoru, professoram, kitablarım, məqalələrim başçı olana kimi var idi. Bundan sonra da olacaq”.

 

“Elə bilirlər, başçısansa...”

 

V.Abdullayev sosial şəbəkə istifadəçisi olmasını müasir dövrün tələblərilə bağlayır:

“Mənim keçmişim, yazılarım, elmi işlərim var. Bir şəkildə bunları ictimaiyyətə çatdırmalıyam. Mənim buna ixtiyarım yoxdurmu? İndiki gənclər mənim elmi fəaliyyətim barədə məlumatsızdırlar. Sosial şəbəkə vasitəsilə bunları insanlara çatdırmağa çalışacam. Bizdə belə bir tendensiya var, fikirləşirlər ki, əgər bu adam  başçı olubsa, deməli elm adamı deyil. Əslində elə başçı elm adamı olmalıdır. Mən 1998-ci ildən 2007-ci ilədək, hətta Milli Məclisin deputatı olanda da həm Dövlət İdarəçilik Akademiyasında, həm də Xarici Dillər Universitetində dərs demişəm. Mənim əsərlərim, məqalələrim hansısa gəncə maraqlı ola bilər. Mənim sosial şəbəkəyə gəlməyimdə qeyri-adi nə isə axtarmaq lazım deyil. Yaşım o dərəcədə də çox deyil ki, bir kənara çəkilib oturam. Mən elm adamıyam, ona görə də bunu davam etdirməliyəm. Bildiyiniz kimi, elmlər doktoru, professora yaş məhdudiyyəti yoxdur. İstənilən kafedrada işləyə bilər. İnşallah, daha ətraflı müsahibədə danışarıq”.

 

Qeyd edək ki, Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alıb.


2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib.

1992-1994-cü illərdə Prezidentin İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. İkinci çağırış Milli Məclisinin deputatı olub.


2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinə başçılıq edib.

Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə başçısının sərəncamı ilə 5 oktyabr 2018-ci il trixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ailəlidir, 5 övladı, 10 nəvəsi var. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23