Modern.az

Fuad Muradov: “Xaricdəki intellektual azərbaycanlılarla əlaqə yaratmaq çox önəmlidir”

Fuad Muradov: “Xaricdəki intellektual azərbaycanlılarla əlaqə yaratmaq çox önəmlidir”

26 Oktyabr 2018, 11:39

Xaricdə yaşayan intellektual azərbaycanlılarla əlaqə yaratmaq çox önəmlidir.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Humanitar Forumun əsas məqsədlərindən biri insanlar arasında dialoqların qurulmasıdır.

 

Onun sözlərinə görə, qarşıda duran əsas məqsədlərdən biri də diaspor təşkilatları ilə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirməkdir:

"Bunun üçün şəbəkələndirmənin gücləndirilməsi vacibdir. Xaricdə yaşayan ziyalı, intellektual azərbaycanlılarla əlaqələrin yaradılması çox önəmlidir. Bizim üçün vacibdir ki, xaricdə yaşayan azərbaycanlılar öz övladlarına Azərbaycan dilini və tarixini öyrətsinlər".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi