Modern.az

İrandakı yeni səfirimiz səlahiyyətlərinin icrasına başlayıb

İrandakı yeni səfirimiz səlahiyyətlərinin icrasına başlayıb

9 Dekabr 2009, 11:27

Azərbaycanın Iran İslam Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ehtimadnaməsinin surətini İranın xarici işlər nziri Manuçehr Mottəkiyə təqdim edib. (AzərTAc).

C.Axundovu yeni təyinatı münasibəti ilə təbrik edən nazir iki ölkə münasibətlərinin hərtərəfli inkişafından bəhs edib. Nazir əminliklə bildirib ki, ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir, Azərbaycanın İranla münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq qeyd edib  ki, İranda fəaliyyət göstərəcəyi müddətdə əlaqələrimizin dinamik inkişafı üçün səylərini əsirgəməyəcək.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər