Modern.az

Polisdən ƏMƏLİYYAT: bir gündə 86 nəfər saxlanıldı

Polisdən ƏMƏLİYYAT: bir gündə 86 nəfər saxlanıldı

27 Oktyabr 2018, 10:02

Oktyabrın 26-dan 27-dək respublikanın daxili işlər orqanları tərəfindən 111 cinayət faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, qeydə alınan cinayətlərin 18-si “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi