Modern.az

Bakıda maskalı şəxs mağazaya girib pul aparmaq istədi, kassir qadınla əlbəyaxa oldu

Bakıda maskalı şəxs mağazaya girib pul aparmaq istədi, kassir qadınla əlbəyaxa oldu

27 Oktyabr 2018, 11:12

Oktyabrın 25-də saat 22 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

 

Dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gəlib, müvafiq tədbirlər görülüb.

 

Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib.

 

Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.

 

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi