Modern.az

Xaçmazda və Cəlilabadda yanğın olub

Xaçmazda və Cəlilabadda yanğın olub

28 Oktyabr 2018, 17:35

Xaçmaz şəhərində bir-birinə bitişik tikilmiş, hər birinin sahəsi 20 m2 olan iki köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.



Cəlilabad rayonunun Privolnoye kəndində isə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və çardağı 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə