Modern.az

Türk dünyasının Qadın Platformundan Cümhuriyyət təbriki 

Türk dünyasının Qadın Platformundan Cümhuriyyət təbriki 

Aktual

29 Oktyabr 2018, 16:06

Türk dünyası Qadın Platformu idarə heyəti Türkiyə Cümhuriyyətinin müstəqilliyinin 95-ci ildönümü ilə bağlı təbrik ünvanlayıb.

Modern.az təbrik məktubunu təqdim edir:

“Millət olaraq qazandığımız Böyük Qurtuluş Savaşımızı yeni, güclü bir dövlətlə və Cümhuriyyət idarəsi ilə taclandırmağımızın üzərindən 95-ci il keçir. Azad və müstəqil yaşamaq arzusuyla əldə edilən bu böyük zəfəri davamlı vəziyyətə gətimək istəyən və hədəfi ən başdan tam olaraq müstəqil, eyni zamanda müasir mədəniyyət səviyyəsini aşmaq olan Mustafa Kamal Atatürk, bu hədəflərə ancaq və ancaq cümhuriyyət, demokratiya ilə çata biləcəyini görmüşdü.

Türk dünyası qadınları adına türk millətinin qanı, canı və böyük əməkləriylə qurulan Türkiyə Cümhuriyyətinin 95-ci ildönümündə xalqımızın bayramını təbrik edir, vətəni uğruna canını fəda edən əziz şəhidlərimizi və hörmətlə anır, 29 oktyabr Cümhuriyyət bayramını təbrik edirik”.

 

Qeyd edək ki, Modern.az Türk dünyası Qadın Platforumunun dəstəkçisidir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi