Arxiv
29 Oktyabr 2018, 19:35 | AKTUAL
Mikayıl Cabbarov süni intellektdən DANIŞDI 

Oktyabrın 24-26-da Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti keçirilib.

 

Vergilər Nazirliyindən Modern.az-a verilən məlumata görə, IOTA və CIAT-nin üzvləri olan Avropa, Amerika, Asiya və Afrika ölkələrinin 76-dan çox vergi orqanı və 26 müxtəlif təşkilatın nümayəndələrini bir araya gətirən tədbir rəqəmsal iqtisadiyyatın vergi aspektləri, bu sahədə yeniliklər və problemlərə dair fikir və təcrübə mübadiləsinə həsr olunub.

 

Sammitdə vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Nazir sammitin “Vergi inzibatçılığı 10-15 il sonra: dəyişikliklərin tempinə necə uyğunlaşmalı” mövzusunda keçirilən sessiyasında çıxış edib. Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması və vergi inzibatçılığının rəqəmsallaşdırılması sahəsində görülən işlərə toxunan M.Cabbarov ölkəmizdə uzun illərdir ki vergi bəyannamələrinin elektron təqdim edildiyini, elektron vergi hesab-fakturasının tətbiqinin həyata keçirildiyini, eyni zamanda vergi ödəyicilərinə çoxsaylı elektron xidmətlər göstərildiyini diqqətə çatdırıb. Vergi administrasiyasının dəyişməkdə olan iqtisadi mühitə uyğunlaşmasının vacibliyini qeyd edən nazir bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat iştirakçılarının vergi yükü ənənəvi iqtisadiyyat iştirakçılarının vergi yükündən azdır və bu mənada, vergi administrasiyalarının növbəti 10 ildə qarşısında duran əsas çağırışlardan biri bu istiqamətdə vergi siyasətinin düzgün formalaşdırılmasıdır. Vurğulanıb ki, vergi siyasəti rəqəmsal iqtisadiyyatda baş verən dəyişikliklərin tempinə uyğunlaşmalıdır.

 

M.Cabbarov qeyd edib ki, vergi inzibatçılığında rəqəmsal texnologiyalardan, xüsusən də süni intellekt və blokçeyn texnologiyalarının təqdim etdiyi üstünlüklərdən istifadə artıq zamanın tələbinə çevrilib. Bu baxımdan, vergi administrasiyaları məlumat mübadiləsi və şəffaflıq kimi güclü alətlərin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Qeyd olunub ki, IOTA və CIAT kimi təşkilatlara üzv ölkələr bu sahədə onların təcrübəsindən geniş şəkildə faydalanmalıdır. Vergilər naziri, həmçinin, vergilərlə bağlı ictimai məlumatlandırma işinin vacibliyini və bu məsələnin növbəti illər üçün prioritet istiqamətlərdən olacağını diqqətə çatdırıb. Vergi ödəyicilərinin tələbləri qarşılığında onlara adekvat xidmətlərinin göstərilməsinin əhəmiyyəti vurğulanıb.

 

M.Cabbarov müzakirələr zamanı sammit iştirakçılarının suallarını da cavablandırıb. Rəqəmsal iqtisadiyyatın iştirakçılarının rəqib, yoxsa partnyor olması ilə bağlı suala cavab verən nazir birmənalı şəkildə partnyor münasibətlərinin qurulmasının vacibliyini qeyd edib və vergi orqanının bu prosesin vacib elementi kimi tənzimləyici rolundan danışıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AzTV və İTV-yə ekskursiya... 20 İyul 2019, 11:54 UNEC beynəlxalq reytinqdə Azərbaycanda liderdir 20 İyul 2019, 11:46 Goranboyda pambıq yığımından yüksək nəticə gözlənilir 20 İyul 2019, 11:32 Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43