Modern.az

Bakıda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü qeyd edildi

Bakıda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü qeyd edildi

Aktual

29 Oktyabr 2018, 21:11

Türkiyə Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

 

Daha sonra Azərbaycanın Baş naziri Novruz Məmmədov Türkiyə xalqını Cümhuriyyətin 95-ci ildönümü münasibətilə təbrik edib: “Türkiyədə hazırda ikinci böyük bayram yaşanır. Bu gün İstanbul Hava Limanının açılışı baş tutub. Bu, qardaş Türkiyənin dünyada həyata keçirdiyi böyük layihələrdən biridir. Böyük hadisə ilə əlaqədar Türkiyə xalqını, ölkə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi