Modern.az

Çirkli hava  iki milyarda yaxın uşağın həyatına təhlükə yaradır

Çirkli hava  iki milyarda yaxın uşağın həyatına təhlükə yaradır

Aktual

29 Oktyabr 2018, 21:22

“Çirkli hava səbəbindən dünyada 2 milyarda yaxın 15 yaşınadək uşağın səhhəti təhlükədədir. Hər gün 15 yaşına qədər uşaqların, təqribən, 93 faizi, yəni 1,8 milyardı çirkli havanı tənəffüs edir ki, bununla da öz səhhətini və gələcək inkişafını təhlükə qarşısında qoyur. Onların çoxu fəciəvi şəkildə dünyasını dəyişir”. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd olunub.

 

ÜST-nin məlumatına görə, 2016-cı ildə çirkli havanın əmələ gətirdiyi kəskin respirator xəstəliklərindən dünyada 600 minədək uşaq ölüb.

Bildirilir ki, Afrika, Cənub-Şərqi Asiya, Aralıq hövzəsinin şərqi və Sakit okeanın qərb bölgəsindəki adambaşına orta və az gəlirə malik ölkələrdə yaşayan uşaqlar daha təhlükəli vəziyyətdədir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi