Modern.az

Bakıda gənc oğlan ürəyindən bıçaqlandı

Bakıda gənc oğlan ürəyindən bıçaqlandı

Aktual

29 Oktyabr 2018, 22:37

Bakıda gənc oğlan küçədə bıçaqlanıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.

 

Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.

 

Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi