Modern.az

Qusarda keçmiş məhkum yandırıldı

Qusarda keçmiş məhkum yandırıldı

Aktual

29 Oktyabr 2018, 23:18

Qusarda keçmiş məhkumun yanmış meyiti aşkarlanıb. Modern.az “Trend” istinadən xəbər verir ki, hadisə rayonun Qayakənd kəndində baş verib.

 

Kənd sakini, 1964-cü il təvəllüdlü Mahmudov Bəhram Bəgəli oğlunun meyiti yaşadığı evdən tapılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunan, tüfeyli həyat tərzi keçirən, içki aludəçisi olan B.Mahmudov özünə məxsus yarımtikilidə tək yaşayırmış. B.Mahmudovun yaşadığı yarımtikilidə bir neçə gün əvvəl yanğın baş verib və o yanğın nəticəsindən ölüb.

 

Qohumları onun meyitini sol qolu yanmış kəskin iylənmiş vəziyyətdə aşkarlayıb. Meyitin üzərində xəsarət və zorakılıq izləri aşkarlanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi