“Azərbaycanın valyuta ehtiyatları ilin sonuna qədər artmaqda davam edəcək”.
Modern.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
E.Rüstəmov qeyd edib ki, xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlq qorunub:
“Ölkənin strateji valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb. Xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir”.
Baş bankir manatın məzənnəsilə bağlı suallara da aydınlıq gətirib.
“Hazırda Mərkəzi Bank pul kütləsinin hədəflənməsi rejimindədir. Yəni əsas məqsəd məzənnə deyil. Məzənnə bizim aralıq hədəfimizdir. Bizim əsas hədəfimiz qiymət sabitliyidir. Dolların məzənnəsi ilə bağlı dəqiq proqnoz yoxdur, amma daxili və xarici amillər Azərbaycanın xeyrinədir. Dəqiq proqnoz deyə bilmərəm, amma həm daxili, həm də xarici şərait göstərir ki, makroiqtisadi sabitlik var. O cümlədən, neftin qiyməti sabitdir və yüksəkdir. Valyuta mövqeymiz möhkəmdir. ÜDM-nin də artımı dayanıqlıdır. Bütövlükdə bu məsələ makroiqtisadi sabitlikdən asılı olacaq, amma dediyim kimi, bu sahədə sabitlik var”.