Modern.az

Deputatlar Azərbaycanın Ukraynadakı diplomatlarının hərəkətlərini PİSLƏDİLƏR

Deputatlar Azərbaycanın Ukraynadakı diplomatlarının hərəkətlərini PİSLƏDİLƏR

Parlament

30 Oktyabr 2018, 13:23

Deputat Zahid Oruc Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında yol verilən korrupsiya ilə bağlı sabiq və indiki səfirlər arasında gedən qarşıdurmaya münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, Zahid Oruc qeyd edib ki, hazırkı səfir sabiq səfirin Kiyevdəki səfirliyin binası zamanı yeyintiyə yol verdiyini iddia edir.

 

“Sabiq səfir isə bunu təkzib etməkdədir. Belə bir məsələ niyə medianın gündəminə çıxarılmalıdır? Bu yolverilməz haldır. Bu, ölkənin imicinə zərbə vurur. Məsələni Ukraynada müzakirə etməkdənsə, Azərbaycanda müzakirə etsələr, daha yaxşı olar. Ukraynada nəyə görə bunu başqa xalqın nümayəndələri, rəsmiləri eşitməlidir?”.

 

Deputat Rüfət Quliyev də Zahid Orucun səsləndirdiyi fikri dəstəkləyərək, belə bir məsələnin ictimailəşdirilməsinə lüzum görmədiyini qeyd edib.

 

“Mənə zəng edib deyiblər ki, sabah bununla bağlı mətbuat konfransı olacaq. Orada adıçəkilən problemə aydınlıq gətiriləcək. Mən də belə bir məsələsinin başqa ölkədə müzakirəsinin tərəfdarı deyiləm. Belə hallara yol vermək olmaz”.

 

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev barədə Ukraynanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə şikayət göndərib.

 

A.Xudiyev iddia edir ki, T.Əliyev səfir olduğu dövrdə diplomatik nümayəndəliyin binasını təmir etdirərkən, böyük məbləğdə vəsaiti mənimsəyib.

 

Səfirin şikayəti əsasında məhkəmə T.Əliyevin mənzilində axtarış aparılması barədə qərar çıxarıb. 2001-ci ildən 2010-cu ilə qədər səfir kimi fəaliyyət göstərmiş T.Əliyev uzun illərdir ki, Kiyevdə yaşayır və hazırda fəal diaspor üzvü kimi Ağsaqqallar Birliyinə rəhbərlik edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?