Modern.az

Musa Quliyev: “Hamının maaşı qeyd olunmalıdır”

Musa Quliyev: “Hamının maaşı qeyd olunmalıdır”

30 Oktyabr 2018, 14:04

Milli Məclisin deputatı Musa Quliyev Azərbaycanda “Vahid tarif cədvəli və əmək haqqının ödənilməsi haqqında”qanun layihəsi qəbul edilməsini təklif edib.

Modern.az-ın məlumatına görə, deputat Musa Quliyev bildirib ki, dövlət qurumlarına pul bir yerdən, yəni, büdcədən verilməlidir.

“Belə olmayanda isə ayrı-seçkilik olur. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar dövlətdən maliyyələşir və bu, belə də olmalıdır. Bu gün cərimələrdən gələn gəlirlərin bir qisminin dövlət büdcəsində çalışan şəxslərə verilməsi ilə bağlı qanuna dəyişikliklər edilir.

Lakin bu prosesə nəzarət mexanizmi mümkün deyil. Ona görə də vahid tarifin yaradılmasını təklif edirəm və gələcəkdə bu məsələyə qayıtmalıyıq. Bu qanunda axırıncı dərəcədən tutmuş yüksək dərəcəyə qədər hamının maaşı qeyd olunmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi