Modern.az

Bu idman növü üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Bu idman növü üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

30 Oktyabr 2018, 16:00

Fransız idmanı olan Savat (Fransız Boksu) idmanı 200 ilə yaxın tarixi var. 1924-cü ildə Olimpiya Oyunlarında Fransız Boksu - Savat və İngiltərə Boksu namizəd olaraq bir səs çoxluğu ilə İngiltərə Boksu Olimpiya idman növü oldu.

 

Modern.az xəbər verir ki, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək Olimpiya Oyunlarında Fransız Boksu-Savat Olimpiya İdman növü olacaq. 2017-ci ildə Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq Savat Federasiyasının idarə heyətinin üzvü, Ukrayna Savat Federasiyasının Prezidenti Professor cenab Gennadiy Volovikovun rəhbərliyi ilə təşkil olunan seminarda Azərbaycan Şaolin Döyüş Sənətləri Federasiyasının Attestasiya Komissiyasının sədri Vidadi Hacıyevin vasitəsi ilə Azərbaycan Şaolin Döyüş Sənətləri Federasiyasının Prezidenti Rafiq Əliyev, baş məşqçi Ruhi Hüseynov, məşqçi Əhməd Rüstəmov və Zaur Babayev təmsil ediblər. Həmin ildən Azərbaycan Beynəlxalq Savat Federasiyasının üzvü oldu.

 

2018-ci ilin fevral ayinda Bakida Professor Gennadiy Volovikovun rəhbərliyi ilə 100-dən çox idmançının iştirakı ilə Savat üzrə seminar təşkil olundu. 2018-ci ilin 2-ci yarısında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Savat Federasiyasının dəstək və köməkliyi ilə Savat idmanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.

 

17-21 oktyabr 2018-ci il tarixlərdə Bolqarıstan Respublikasının Plovdiv şəhərində Dünya Çempionatı ilə yanaşı Beynəxalq Savat Federasiyasının baş assambleyasında ilk dəfə olaraq Ölkəmizi Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yusif Hüseynov, Azərbaycan Savat Federasiyasının Prezidenti Rafiq Əliyev, Federasiyanın məşqçiləri İlqar Nəcəfli, Həsən Əliyev, Rövşən Qəmərli və Soltan Tağıyev təmsil edirdi. Baş assambleyanın iclasında Beynəlxalq Savat Federasiyasıının prezidenti Professor Xanım Juli Qabriel Azerbaycanın üzvlük nişanı Federasiyanın prezidenti Rafiq Əliyevə təqdim etdi və həmin konfransda 2021-ci ildə Avropa çempionatının Azərbaycanda keçirilməsi qərara alındı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi