Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.