Arxiv
31 Oktyabr 2018, 12:49 | QARABAĞ
İşğal edilmiş ərazilərlə bağlı sənəddə nələr var? - Qanun layihəsinin müəllifi DANIŞDI

“Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsinin müəllifi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyevdir. Sənəd  12 maddədən ibarətdir.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəllifi Qüdrət Həsənquliyev Modern.az-a bildirib ki, sənəd Gürcüstanın bu məsələ ilə bağlı qəbul etdiyi qanun layihəsinin bazası əsasında yaradılıb.

“Sənəddə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin hüquqi statusu müəyyən olunub. Həmin ərazilərə xarici ölkə vətəndaşlarının daxil olması, şirkətlərin fəaliyyət göstərməsinin qanunsuz olması əks edilib. Eyni zamanda, həmin ərazilərə Azərbaycan vətəndaşlarının daxil olması üçün xüsusi hüquqi rejimin yaradılması əks olunub. Hazırda bizim qanunvericilikdə Azərbaycan vətəndaşlarının ora daxil olması ilə bağlı hər hansı bir qadağa yoxdur. Bildiyimiz kimi, işğal olunmuş ərazilərimizə xarici jurnalistlər və digər şəxslər aparılıblar.

 

Ancaq bizim onlara qarşı tədbir görməyə imkanlarımız yoxdur. Yeni qanunda isə həmin ərazilərin hüquqi baxımdan işğalçı dövlətin nəzarəti altında olduğu qeyd edilib. Və işğal olunmuş ərazilərimizə giriş-çıxış həmin qanunla tənzimlənə bilər. İstənilən ölkə vətəndaşlarlının, şirkətlərin həmin ərazilərə girməsi birbaşa olaraq qanunla qadağan olunur və məsuliyyət yaradır”.

 

Q.Həsənquliyev hesab edir ki, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin qəbul edilməsinə ehtiyac var.

“Əraziləri işğal edilən bir çox dövlətlər var ki, belə bir qanunu qəbul ediblər. Ona görə də Azərbaycanda bu qanunun qəbul edilməsinə çox böyük ehtiyac var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Turizm Bürosu: “Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb”   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41 Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ 27 İyun 2019, 10:39 Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir 27 İyun 2019, 10:35 “Ağac adam” qollarının amputasiyasını istəyir - FOTOLAR 27 İyun 2019, 10:28 Azərbaycandakı diplomatlar Şəkiyə getdilər 27 İyun 2019, 10:25 Bakı Şəhər Baş Polis İdarəsi reydlər keçirdi – xeyli sürücü cərimələndi 27 İyun 2019, 10:17 Sabiq baş prokurura 10 il iş kəsildi 27 İyun 2019, 10:14 “Sosial ödənişlər üçün vahid məbləğ müəyyən edilməlidir”  27 İyun 2019, 10:03 1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA: "Tam qərəzlidir" 27 İyun 2019, 10:02 Qərbi Kaspi Universitetində YENİLİK 27 İyun 2019, 09:56 Cəbhədə nisbi sakitlik müşahidə olunur 27 İyun 2019, 09:53 Masallıda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb 27 İyun 2019, 09:45