Modern.az

BDU tələbələrindən möhtəşəm təşəbbüs - FOTO

BDU tələbələrindən möhtəşəm təşəbbüs - FOTO

Aktual

31 Oktyabr 2018, 15:10

Bakı Dövlət Universitetinini tələbələri - Humay Məmmədova və Könül Alıyevanın rəhbəri olduğu "Ölümsüz Düşüncələr" layihəsi "Education HUB"ın təşkilatçılığı ilə həyata keçirilən "İnkişaf Zamanı" proqramı çərçivəsində  reallaşıb.

Modern.az xəbər verir ki, "Ölümsüz Düşüncələr" layihə komandası tərəfindən hazırlanan "Səssizlik" qısametrajlı bədii filminin təqdimatı 2018-ci il  oktyabrın 30-da keçirilib. Film cəmiyyətə kitab oxunması vərdişlərinin aşılanmasına həsr olunub. Filmdə sosial və mənəvi problemlərindən təngə gəlmiş naşir intihara cəhd edir. Lakin birdən otaqda peyda olan gözlənilməz qonaqlar onunla söhbət etməyə başlayır və kitabların köməyi ilə onu vəziyyətdən çıxarırlar.

Filmin nümayiş və müzakirəsindən sonra şair Əli Xəyyamın "Bədii qiraətin cəmiyyətdə rolu" mövzusunda məruzəsi keçirilib.  Filmin rejissoru - Orxan Adıgözəlov, ssenari müəllifi: Ələmdar Faiq və aktyoru Bəhruz Vaqifoğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi