Modern.az

İnternetdə olan insanlar haqqında məlumat toplanılacaq

İnternetdə olan insanlar haqqında məlumat toplanılacaq

9 Dekabr 2009, 12:37

Microsoft şirkəti internet şəbəkəsində nəvaxtsa adları çəkilən bütün insanlar barədə məlumatları toplayıb sistemləşdirmək niyyətindədir. Bunun üçün xüsusi EntityCube servisi yaradılıb.
Digər oxşar servislərdən fərqli olaraq Microsoft-un bu yeniliyi sosial şəbəkənin bir növü kimi internetdən məlumatlar toplamaq və bu məlumatları növlərə ayırmaq imkanına malikdir. Belə ki, EntityCube-da adı çəkilən istənilən insanın “qeydiyyat vərəqəsi” onun barəsində qısa dosye və Qlobal Şəbəkədə bu insan barədə çoxlu sayda keçidlər saxlanacaq.
Bütün toplanılmış məlumatlar bir neçə kateqoriyaya bölünür: münasibətlər, tərcümeyi-hal, xəbərlər, sosial şəbəkələr, sitatlar və tarixlər. 
İnternet istifadəçiləri, və Şəbəkədə materiallarında nəvaxtsa adları çəkilən insanlar barədə məlumat axtarışı açıq mənbələr, yəni xəbərlər, sosial şəbəkələr, tematik, bioqrafik və elmi resurslardan alınacaq.
Servisin yaradıcıları əmindirlər ki, EntityCube konkret insan haqqında məlumat axtarışı zamanı xeyli vaxta qənaət etməyə imkan verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir