Modern.az

Milli Ensiklopediyanın 8-ci cildi hazırdır

Milli Ensiklopediyanın 8-ci cildi hazırdır

Aktual

31 Oktyabr 2018, 17:18

“Azərbaycan Milli Ensiklopediyasının 8-ci cildi, demək olar, hazırdır”.

 

Bu barədə Modern.az-a “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini Asif Sultanov məlumat verib. O qeyd edib ki, cildin çapa verilməsi üçün tamamlama işləri gedir:

 

“Bir neçə günə artıq ensiklopediya çapa göndəriləcək. Bütün prosedurları hesabladıqda ən gec bir aya  VIII cild oxuculara tədim olunacaq, satışa göndəriləcək.

 

Bu cild “E” və “Ə” hərflərini əhatə edəcək. Ensiklopediya həmin hərflərlə başlayan Azərbaycana aid materiallar, Azərbaycan xalqının tarixi inkişaf mərhələlə­rinə, milli-mənəvi sərvətlərinə, şəxsiyyətlərə, həmçinin dünya elmi və mədə­niyyətindəki nailiyyətlərə söykənən məlumatlarla zəngindir.  

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu dövlətin Azərbaycana qarşı təcavüzü də VIII cilddə əks olunacaq.

 

Bundan əlavə, Azərbaycan elmində iz qoyan alim və şəxsiyyətlər, ulu öndər Heydər Əliyev, ölkə başçısı İlham Əliyev və digər şəxsiyyətlər haqqında əhəmiyyətli məlumatlar ensiklopediyaya daxil olunub. Əminliklə deyə bilərəm ki, kifayət qədər maraqlı cild hazırlaya bilmişik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq