Modern.az

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Aktual

31 Oktyabr 2018, 19:04

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb.

 

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyev saxlanılıb.

 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun dələduzluq yolu ilə 3 Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi