Modern.az

Azərbaycanla Dağıstan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılır

Azərbaycanla Dağıstan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılır

Aktual

31 Oktyabr 2018, 20:28

Dağıstan və Azərbaycan arasında müntəzəm dəmir yolu əlaqəsi yaradılacaq. Modern.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi görüşdə Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev bəyan edib:

 

"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".

 

2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.

 

Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi