Modern.az

Sabahın hava PROQNOZU açıqlandı  

Sabahın hava PROQNOZU açıqlandı   

Aktual

1 Noyabr 2018, 12:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu  Bakıda  və Abşeron yarımadasında gecə  9-11, gündüz  14-16 dərəcə  isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə isti  təşkil edəcək.  
 

Tibbi-meteoroloji proqnoz – Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün  əsasən əlverişlidir. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi